
BAKI, 11 aprel. TELEQRAF
Bu ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində 853,6 milyon manatlıq avtomobil benzini və dizel yanacağı məhsulları satılıb.
Teleqraf xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, bu, 2024-cü ilin yanvar-mart aylarına nisbətən 6,9 faiz çoxdur.
Bu ilin 3 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 5,9 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
Bu ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 14,6 milyard manatlıq, o cümlədən 8,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb.