BAKI, 12 aprel. TELEQRAF

"Ölkəsindən başqa ölkələrə şikayət edənlər görülən işlərin qürurunu anlamaz".

Teleqraf "Hurriyet"ə istinadən xəbər verir ki, bunu Antalyada hava limanının yeni terminal bunasının açılışına qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ana müxalifət partiyası CHP-ni nəzərdə tutuaraq bildirib.

Onun sözlərinə görə, 2002-ci ildən sonra Türkiyədə hava limanlarının sayı 26-dan 58-ə qaldırılıb. Qarşıdakı illərdə daha iki hava limanı da tikiləcək.

"Amma ölkəsindən başqalarına şikayət edənlər bu vizyonu anlaya bilməz. Xarici media qurumlarından imdad gözləyənlər bunu başa düşməzlər. Qərbin qarşısında əyilib-qalxanlar bizim dik duruşumuzu anlamazlar. Boykot bəhanəsi ilə ölkə iqtisadiyyatına sui-qəsd təşəbbüsündə bulunanlar bunu anlamazlar. Biz onları balaca dünyalarında xırda qovğalarla baş-başa buraxır, işimizi davam etdiririk".