BAKI, 12 aprel. TELEQRAF

Ordubad şəhərində yerləşən “Ərbabın iş yeri” və ona bitişik tarixi binanın əvvəlki vəziyyətinə qaytarılması üçün əsaslı təmir işləri ilə bağlı növbəti dəfə tender elan edilib.

Teleqraf xəbər verir ki, bundan əvvəl elan edilən tenderin son tarixi aprelin 10 idi. Lakin Naxçıvan Mədəniyyət Nazirliyi müraciıt edən şirkətlərlə razılığa gələ bilmədiyi üçün növbəti dəfə tender elan edib.

Təmir işlərinin dəyəri 2 milyon 546 min 864,80 manat qiymətləndirilib.

Bununla bağlı elan edilən tenderi üzrə təkliflərin son təqdim edilmə tarixi may ayının 12-dir.

Bərpa işlərinin iki il müddətə tamamlanması nəzərdə tutulur.