BAKI, 12 aprel. TELEQRAF

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, azyaşlı barəsində axtarış elan olunub.

Teleqraf xəbər verir ki, azyaşlı Xətai RPİ-nin əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

***

22:10

Bakıda 4-cü sinif şagirdi itkin düşüb.

Teleqraf xəbər verir ki, bu barədə sosial media məlumat yayılıb.

Bildirilib ki, Elizadə Ayxan Zəfər oğlundan təxminən 4 saatdır xəbər tutmaq mümkün deyil.

Onun son dəfə Sarayevo küçəsi istiqamətində, Neapol dairəsi və 171 nömrəli məktəbin yaxınlığında görüldüyü bildirilir.

Ayxan evdən çıxan zaman fotoda əks olunan geyimdə olub.

Görənlərdən və ya məlumatı olanlardan xahiş olunur ki, aşağıdakı nömrələrlə dərhal əlaqə saxlasınlar:

Tel: +994 77 733 05 05