
BAKI, 11 aprel. TELEQRAF
"Gənclər və İdman Nazirliyi" Qaradağ rayonu Qobustan qəsəbəsində idman zalının tikintisi işlərinin davam etdirəcək.
Teleqraf xəbər verir ki, bu işlər üzrə elan edilmiş müsabiqənin ehtimal olunan qiyməti 1 milyon 619 min 799 manatdır.
Müsabiqə üçün təkliflərin son təqdimolunma tarixi mayın 12-dir.
Qeyd edək ki, idman zalının tikintisi işlərinin davamı ilə bağlı elan edilən bu tender mart ayında ləğv edilmişdi. Səbəb isə satınalmada iştirak edən və lazımi lisenziya və icazələrə malik olan təchizatçıların sayının üçdən az olması idi.