BAKI, 12 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp sələfi Co Bayden tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar paketinin müddətini bir il müddətinə uzadan sərəncam imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Federal Reyestri məlumat yayıb.

Sözügedən sərəncam Bayden administrasiyası tərəfindən 15 aprel 2021-ci ildə imzalanıb. Sanksiya kiberhücumlar, seçkilərə müdaxilə, ABŞ vətəndaşlarına zərər vermə və ya öldürmə, maliyyə və digər sanksiyalardan yayınma fəaliyyətlərində iştirak edən Rusiyanın fiziki şəxslərinə və qurumlarına tətbiq edib.