BAKI, 12 aprel. TELEQRAF

"Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı (BOKT) balansında olan bir sıra qeyri-yaşayış sahələrini növbəti dəfə satışa çıxarır.

Teleqraf xəbər verir ki, Bakı şəhərinin Nərimanov, Sabunçu, Xətai rayonlarında yerləşən 40 qeyri-yaşayış sahəsi satışda təqdim ediləcək.

Əmlakların toplam dəyəri isə 4 milyon 507 min 111 manat təşkil edir.

Hərracın 28 aprel tarixində saat 11:00-da keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, sözügedən əmlaklar 3-dəfə 30 faiz endirimlə təkar hərraca çıxarılır. Bundan əvvəlki hərrac aprelin 8-də keçirilmişdi.