BAKI, 12 aprel. TELEQRAF

Səbail rayonu, Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qəza nəticəsində bir nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb.

Qurumun əməkdaşları tərəfindən svetoforun yenisi ilə əvəzlənməsi işləri görülür.