
Ağdam şəhərinin Faza 2 yaşayış məhəlləsi üzrə energetika təsərrüfatı obyektləri,sahədaxili mühüm kommunikasiya sistemləri (su,kanalizasiya,elektrik təchizatı,işıqlandırma, yol və səkilər) və yaşıllıq, abad işlərinin aparılması üçün 9.675.661,95 manat büdcə nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, işlərə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs nazarət edəcək.
Qeyd edək ki, Ağdam şəhərinin Faza 2 yaşayış məhəlləsində 60 yaşayış, 6 qeyri yaşayış binası olmaqla, 1268 mənzilin inşası nəzərdə tutulur.