
BAKI, 11 aprel. TELEQRAF
2024–2025-ci illərin istilik mövsümündə Rusiya Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) ixracını 2,5% artırıb.
Teleqraf xəbər verir ki, bu artım, Rusiyaya Avropada ikinci ən böyük LNG təchizatçısı mövqeyini qorumağa imkan verib.
Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında bildirilib ki, Rusiyanın Avropaya LNG tədarükünün 85%-i Belçika, Fransa və İspaniyanın payına düşüb.
Hesabatda həmçinin qeyd olunub ki, ABŞ Avropaya LNG ixracında lider mövqeyini qoruyub saxlayıb və qış dövründə Avropaya təchizatın yarıdan çoxunu təmin edib. ABŞ-dən Avropaya olan LNG ixracı 8% artaraq 3,5 milyard kubmetr yüksəlib.
Ümumilikdə, Avropa 2024–2025-ci illər istilik mövsümündə LNG idxalını 5% artırıb, bu da 4,5 milyard kubmetrə bərabərdir.