BAKI, 11 aprel. TELEQRAF

"Odlar Yurdu Sığorta Brokeri" MMC-yə sığorta fəaliyyətinə verilmiş 5 noyabr 2014-cü il tarixli, 080624 nömrəli lisenziya ləğv edilib.

Mərkəzi Bankdan Teleqraf-a verilən xəbərə görə, bu barədə qərar “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 9 aprel 2025-ci il iclasında verilib.