BAKI, 12 aprel. TELEQRAF

"Omanda ABŞ-İran danışıqları dostluq şəraitində keçib və baxışların bir-birinə yaxınlaşmasına kömək edib".

Teleqraf xəbər verir ki, bu barədə Omanın Xarici İşlər Nazirliyinin rəhbəri Bədr əl-Busaidi "X" sosial şəbəkəsində məlumat verib.

“Mən hər iki həmkarıma regional və qlobal sülh nail olmağa kömək edəcək, dostluq şəraitində keçən görüşə görə təşəkkür etmək istərdim”, - Bədr əl-Busaidi bildirib.

O, Omanın qlobal və regional sülhə nail olmaq üçün Vaşinqton və Tehranla işləməyə davam edəcəyini vurğulayıb.