BAKI, 12 aprel. TELEQRAF

Türkiyə xarici işlər nazir Hakan Fidanın IV Antalya Diplomayiya Forumu çərçivəsində ermənistanlı həmkarı Ararat Mirzoyanla müzakirə etdiyi məsələlər açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, nazirlər ikitərəfli münasibətlərdə gündəmdə olan məsələlər barədə danışıblar.

Onlar, həmçinin regional və beynəlxalq proseslər barədə də fikir mübadiləsi aparıblar.

***

Türkiyə xarici işlər naziri Hakan Fidan IV Antalya Diplomatiya Forumu çərçivəsində ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb.

Teleqnaf "News.am"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə müzakirə olunan məsələlər barədə açıqlama verilməyib.