
BAKI, 12 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Vaşinqton və Tehran nümayəndə heyətləri arasında Omanda keçirilən danışıqları dəyərləndirib.
Teleqraf xəbər verir ki, o, bu barədə "NBC News" nəşrinə danışıb.
Uitkoff tərəflər arasında çox müsbət və konstruktiv söhbət olduğunu vurğulayıb.
Xüsusi nümayəndə əlavə edib ki, bu gün ABŞ-a qayıdacaq.