BAKI, 12 aprel. TELEQRAF

Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0.84% azalaraq 3.5270 ABŞ dollarına bərabər olub.

Teleqraf xəbər verir ki, Niderlandın "Title Transfer Facility"də (TTF) qazın meqavat-saatının dəyərində 0.74% artım baş verib. Beləliklə, qazın meqavat-saatı 33.61 avroya bərabər olub.