BAKI, 12 aprel. TELEQRAF

İsrail ordusunun quru qüvvələri Qəzza zolağında əməliyyatları genişləndirib.

Teleqraf xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ordu Qəzza şəhərinin Dərac Tuffa bölgəsində əlavə reydlərə başlayıb.

"Bu əməliyyatın məqsədi ərazidə təhlükəsizlik nəzarətinin gücləndirilməsi, terrorçuların infrastrukturunun dağıdılması və təhlükəsizlik zonasının genişləndirilməsidir. Hazırda qoşunlar onlarla terrorçunu məhv edib, terrorçuların infrastrukturunu və müşahidə məntəqələrini dağıdıb", - məlumatda deyilir.

Mətbuat xidməti əlavə edib ki, bu əməliyyat zamanı İsrail hərbçiləri təhlükəsizliyi üçün mütəşəkkil marşrutlar üzrə mülki əhalinin döyüş bölgəsindən təxliyəsini təmin edir.

“İsrail ordusu vətəndaşlarını qorumaq üçün Qəzza zolağında terror təşkilatlarına qarşı əməliyyatları davam etdirəcək”, - məlumatda bildirib.