.jpg)
BAKI, 12 aprel. TELEQRAF
Polşanın müxalif Hüquq və Ədalət Partiyası Varşavanın mərkəzində izdihamlı yürüş təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.
Yürüş aprelin 18-də Polşada başlanacaq prezident seçkilərinə görə təşkil olunub.
Yürüşdə dövlət bayraqları və siyasi şüarlar yazılmış plakatlar qaldırılıb.