.jpg)
BAKI, 12 aprel. TELEQRAF
Suriyanın təhlükəsizlik qüvvələri Dəməşqdə keçid hökumətinə tabe olmayan qruplaşmaların qalası sayılan cənubdakı Dəra əyalətində dörd bölgəyə nəzarəti ələ keçirib.
Teleqraf xəbər verir ki, bu barədə "Suria Tv" telekanalı məlumat yayıb.
Məlumata görə, yerli qəbilələrin şeyxləri ilə əldə olunan razılaşma nəticəsində yaraqlılar silahlarını Mseifara, Sayda, El-Ciza və Es-Sahva yaşayış məntəqələrində hakimiyyət orqanlarına təhvil verməyə razılaşıblar.
Telekanalın məlumatına görə, təhlükəsizlik qüvvələri əvvəllər bir sıra məhəllələrdə atışmaların baş verdiyi və komendant saatının tətbiq edildiyi Bosra əş-Şam şəhərində (Dəməşqdən 110 km məsafədə) da asayişi bərpa edib. Dəra qubernatoru Ənvər əl-Zubinin sözlərinə görə, toqquşmaların təşəbbüskarları hüquq-mühafizə orqanlarına təhvil veriləcək.