
BAKI, 12 aprel. TELEQRAF
Moskvanın "Lokomotiv " klubunun və Ukrayna milli komandasının keçmiş futbolçusu Aleksandr Əliyev Kiyevdə saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb .
Məlumata görə, əslən azərbaycanlı futbolçunun saxlanılmasına səbəb sərxoş vəziyyətdə avtomobili idarə etməsi olub. Sərnişin oturacağında olan qadının isə polis maşınının kapotuna çıxdığı qeyd edilir.
Əliyev İnstaqram səhifəsində ayıq olmaması ilə bağlı məlumatları təkzib edib.
Adı daim qalmaqallarda hallanan çeçen əsilli keçmiş futbolçu Aleksandr Əliyev 2019-cu ildə həyat yoldaşı Tatyananı döydüyü üçün cinayət məsuliyyətinə cəlb edilmişdi.