.jpg)
BAKI, 12 aprel. TELEQRAF
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəslə bağlı məsləhətləşmələri davam etdirmək üçün Misirə danışıqlar heyəti göndərdiyini təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə HƏMAS hərəkatı "Telegram" kanalında məlumat yayıb.
“Qəzzadakı hərəkatın lideri Xəlil əl-Heyanın başçılıq etdiyi HƏMAS nümayəndə heyəti Misir tərəfinin dəvəti ilə bu gün Qahirəyə yola düşüb”, - məlumatda deyilir.
Radikallar əlavə ediblər ki, Qahirədə Misir və Qətərdən olan vasitəçilərlə atəşkəs imkanlarını müzakirə edəcəklər.