BAKI, 11 aprel. TELEQRAF

"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti Ağdam rayonunda və "Ağdərə" yarımstansiyası ilə "Suqovuşan" yarımstansiyası arasında elektrik veriliş xətlərinin çəkilməsinə toplam 13 milyon 941 min 642 manat vəsait ayıracaq.

Teleqraf xəbər verir ki, qurum "Ağdərə" yarımstansiyası ilə "Suqovuşan" yarımstansiyası arasında 35 kV-luq yeni iki dövrəli ÖİN(SİP-3) elektrik veriliş xətti çəkilməsi üçün 4 milyon 378 min 102 manat ayırmağı planlaşdırır.

Əlavə olaraq, Ağdam rayonun Güllücə, Nəmirli, Tağıbəyli, Qərvənd və Salahlı Kəngərli yaşayış məntəqələrində məntəqələrinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq yeni iki dövrəli ÖİN(SİP-3) elektrik veriliş xəttinin çəkilməsi üçün isə 9 milyon 563 min 540 manat vəsait ayrılması nəzərdə tutulur.

Qeyd edək ki, xətlərin çəkilməsi ilə bağlı elan edilən müsabiqələr mayın 12-ə qədər davam edəcək.