
BAKI, 3 mart. TELEQRAF
ABŞ Ukrayna ilə faydalı qazıntılar üzrə sazişi bərpa etməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu sözləri ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uols “Fox News” telekanalına müsahibəsində deyib.
O bildirib ki, bu mineral sövdələşməni elan etmək üçün Konqresə getməyi planlaşdırırlar: "Əgər saziş cümə günü imzalansaydı, bunun bütün tərəflər və ən başlıcası, Ukraynanın özünü müdafiə edə bilməsi üçün zəhmətlə qazandıqları pulların çoxunu verən amerikalı vergi ödəyiciləri üçün çox müsbət addım olacağını danışardıq. Plan bu idi. Nə baş verəcəyini yaxın 48 saat ərzində görəcəyik".