BAKI, 3 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun bölgəyə səfəri HƏMAS və İsrail arasında atəşkəs danışıqlarında irəliləyişin olmaması səbəbindən təxirə salınıb.

Teleqraf xəbər verir ki, bu barədə “Maariv” qəzetinin yüksək rütbəli İsrail rəsmilərinə istinadən yayadığı məlumatında deyilir.

"Danışıqlarda irəliləyiş əldə olunmayınca Stiv Vitkoff buraya gəlməyəcək, o, yalnız sövdələşməni başa çatdırmaq üçün gələcək", - İsrail rəsmisi bildirib. Mənbə əlavə edib ki, razılaşmanın birinci mərhələsinin başa çatması ilə başlayan danışıqlarda irəliləyiş olmadığını bildirib.

ABŞ rəsmiləri isə Witkoffun səfərinin texniki səbəblər və Rusiya-Ukrayna müharibəsi ilə bağlı məsələlərin həlli zərurətinə görə təxirə salındığını iddia ediblər.

Xatırladaq ki, Witkoff keçən həftə ABŞ mətbuatına verdiyi müsahibəsində Yaxın Şərqə səfər etməyi planlaşdırdığını açıqlamışdı.