
BAKI, 21 fevral. TELEQRAF
Azərbaycan Texniki Universiteti konfransların təşkili ilə bağlı açıq tender elan edib.
Teleqraf dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, konfransların təşkilinin satınalınması ilə bağlı tenderin ehtimal olunan qiyməti 229 min 333 manatdır.
Tenderlə bağlı işlərə konfrans iştirakçıları üçün səhər, nahar, şam, qala yeməyi və şəhər turu aiddir.
Müsabiqədə iştirak haqqı 350 manatdır. Tenderlə bağlı təkliflərin son təqdim olunma tarixi martın 14-dür. Zərflərin də həmin gün açılması nəzərdə tutulub.