BAKI, 21 fevral. TELEQRAF

Azərbaycanda bu ilin yanvar ayında tütün məmulatlarının istehsalı 35,5 faiz azalıb.

Teleqraf xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, ayrıca siqaret və siqarlar, tütün istehsalında da kəskin azalma olub.

Bu ilin ilk ayında 864 milyon 400 min ədəd siqaret və siqarlar istehsal edilib. Bu, 2024-cü ilin yanvar ayı müqayisədə 35 faiz azalmadır. Ötən ilin yanvarında 1 milyard 332,2 milyon ədəd siqaret və siqarlar istehsal edilmişdi.

Tütün isehsalında isə azalma daha çox olub – 57,4 faiz. Belə ki, bu ilin yanvarında ötən ilin yanvarı ilə müqayisədə 202,8 ton az – 150,3 ton tütün istehsal edilib.