BAKI, 22 fevral. TELEQRAF

Ötən il ölkədə əsas kapitala yönəlmiş ən yüksək sərmayə Bakı şəhərində qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, 2024-cü ildə Bakı şəhərinə 11,9 milyard manat investisiya qoyulub. Bunun 6,5 milyard manatı tikinti quraşdırma işlərinin payına düşüb.

Naxçıvanda tikinti quraşdırma işlərinə 230 milyon manat, Abşeron-Xızıda 497 milyon manat, Dağlıq Şirvanda 348 milyon manat, Gəncə-Daşkəsəndə 181 milyon manat, Qarabağda 2,5 milyard manat, Qazax-Tovuzda 151 milyon manat, Quba-Xaçmazda 131 milyon manat, Şərqi Zəngəzura 3,62 milyard manat xərclənib.