
BAKI, 23 fevral. TELEQRAF
ABŞ-nin Nyu-Meksiko ştatında Hərbi Hava Qüvvələrinin bazasında atışma nəticəsində bir hərbçi ölüb, biri isə yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Məlumata görə, hadisə hərbi bazanın girişlərindən birində baş verib. Dövlət orqanları insidentin terror aktı və ya kənar müdaxilə olmasını istisna edir.
ABŞ Hərbi Hava Qüvvələrinin mətbuat xidməti hücum edənin hərbçi olub-olmadığını dəqiqləşdirməkdən imtina edib. Onun saxlanılıb-saxlanılmadığını da açıqlamayıb.
Hadisə ilə bağlı araşdırma başlayıb. FTB və yaxınlıqdakı Albukerke şəhərinin polisi hadisə yerində işləyir.