
BAKI, 21 fevral. TELEQRAF
Sumqayıt Şəhər İcra Hakimiyyəti Yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Sumqayıt şəhərində parklar və yaşayış binalarında deratizasiya, dezinseksiya və dezinfeksiya işlərinin satın alınması ilə bağlı açıq tender elan edib.
Teleqraf dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, şəhərin parkları və mənzil fonduna daxil olan 1353 çoxmənzilli yaşayış binalarında deratizasiya, dezinseksiya və dezinfeksiya işləri ilə bağlı işlərin ehtimal olunan qiyməti 200 min manatdır.
Müsabiqədə iştirak haqqı 350 manatdır. Tenderlə bağlı təkliflərin son təqdim olunma tarixi martın 14-dür. Zərflərin də həmin gün açılması nəzərdə tutulub.