
BAKI, 21 fevral. TELEQRAF
1 fevral tarixinədək ümumilikdə 14.852 yerquruluşu planı hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. İstismara icazə sənədi alan 2.037 qeyri-yaşayış obyektinə dövlət reyestrindən çıxarış verilib.
Bu barədə Teleqraf-a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumata verilib.
Qeyd edək ki, dövlət başçısının “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın icrasına uyğun olaraq çıxarış verilən qeyri-yaşayış obyektləri daha çox Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşir.
Qeyri-yaşayış binalarına mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, daşınmaz əmlak bazarının canlanmasına şərait yaradır.