
BAKI, 23 fevral. TELEQRAF
Çin kosmosa özünün yeni rabitə peyki “ChinaSat 10R”i göndərib.
Teleqraf “Sinxua” agentliyinə istinadən xəbər verir ki, peyk Sıçuan əyalətindəki Xichuanq Kosmik Mərkəzindən "Long March-3B" raketi ilə buraxılıb.
Bildirilib ki, peyk orbitə buraxıldıqdan sonra planlaşdırılmış orbit mövqeyinə yerləşib.
Çin dilində “Congshing” adlanan ChinaSat peykləri yüksək keyfiyyətli səs, məlumat, radio və televiziya siqnallarının ötürülməsi xidmətlərini təmin edir.