BAKI, 21 fevral. TELEQRAF
"Kartaş Kimya" MMC tikinti materialları və kimyəvi qatqıların istehsalı sahəsinin təşkili layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan 6 milyon manat güzəştli kredit əldə edib.
Bu barədə Teleqraf-a Fonddan məlumat verilib.
Məlumata görə, layihənin maliyyələşdirilməsi "Azərbaycan Beynəlxalq Bankı" ASC vasitəsilə həyata keçirilib.