.png)
BAKI, 7 aprel. TEIEQRAF
Futzal üzrə Avropa çempionatının əsas mərhələsində İsveç və Xorvatiya yığmaları ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində 3 dəyişiklik edilib.
Teleqraf federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Bakıda təlim-məşq toplanışı keçən yığmada Nihat İsmayılov və Kamran Hacıyev zədəli olduğuna görə, Rövşən Hüseynli isə baş məşqçi Vitali Borisovun qərarı ilə toplanışdan kənarlaşdırılıb.
Hüseynlinin millinin düşərgəsində intizamsızlığa yol verdiyi bildirilir.
Əvəzində Borisov “Neftçi” İK-dan qapıçı Vladislav Reznovu, “Şuşa”dan isə hücumçu Rüstəm Bağırovu düşərgəyə dəvət edib.
Aprelin 8-dək Bakıda məşq edəcək komanda ertəsi gün İsveçə yola düşəcək.
Qeyd edək ki, Azərbaycan millisi İsveçlə aprelin 11-də səfərdə, Xorvatiya ilə aprelin 15-də evdə qarşılaşacaq.