BAKI, 7 aprel. TELEQRAF

İspaniyanın paytaxtı Madriddəki yarımmarafonun kişi iştirakçılarından ikisi ürək problemi ilə əlaqədar vəfat edib.

Teleqraf Eldiario.es nəşrinə istinadən xəbər verir ki, atletlərdən biri 35 yaşında dünyasını dəyişib.

Huşunu itirən idmançı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

20 yaşlı digər şəxs də eyni aqibətlə üzləşib.

Yarımmarafonda 27 min nəfərin iştirak etdiyi, 50 nəfərə tibbi yardımın tələb olunduğu bildirilir.

Ənənəvi yarışın 24 illik tarixi ərzində dörd nəfərin ölüm halı qeydə alınıb. Əvvəllər faciəvi hadisələr 2005 və 2010-cu illərdə baş verib.