
BAKI, 1 aprel. TELEQRAF
Azərbaycan pauerliftinqçisi Rəşad Əliyev 3 illik diskvalifikasiya olunub.
Teleqraf Azərbaycan Milli Antidopinq Agentliyinin rəsmi saytına istinadən xəbər verir ki, idmançı dopinq-testdən keçə bilməyib. Onun qadağan olunmuş Anabolik Androgenik Steroidlərdən yararlandığı müəyyənləşib.
36 aylıq cəza 2025-ci il fevralın 19-dan qüvvəyə minib və 19 fevral 2028-ci ildə başa çatacaq.