
BAKI, 1 aprel. TELEQRAF
Aprelin 4-də Serbiyada ISF 15 yaşadək idmançılar arasında Gimnaziada İdman Oyunları start götürəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, 11 gün davam edəcək yarışda Azərbaycan 18 idman növündə təmsil olunacaq.
İdman gimnastikası (Novi-Sad), kamandan oxatma, 3x3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tennis (Zlatibor), badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis (Ujiçe), taekvondo, karate (Pojeqa), cüdo, güləş (Luçani), qılıncoynatma (Nova-Varoş) və atletika (Priboy) yarışlarında ümumilikdə 192 idmançı mübarizə aparacaq.
Oyunların açılışı aprelin 5-də, bağlanış mərasimi isə aprelin 12-də Zlatibor şəhərində keçiriləcək.