BAKI, 7 aprel. TELEQRAF

Premyer Liqanın XXIX turunun bu gün keçirilən “Qarabağ” – “Zirə” oyununu izləyənlər arasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov da olub.

Teleqraf xəbər verir ki, qarşılaşma zamanı klubumuzun prezidenti Tahir Gözellə rektor arasında səmimi fikir mübadiləsi aparılıb. Şahin Bayramov “Qarabağ" Futbol Klubunu Qarabağ Universitetinə dəvət edib.

Tahir Gözel bu dəvətə müsbət münasibət bildirib. O vurğulayıb ki, komandanın yaxın planlarında bölgəyə – o cümlədən Xankəndi və digər işğaldan azad edilmiş şəhərlərə səfəri nəzərdə tutulur: “Bu təşəbbüsü yüksək qiymətləndiririk. Qarabağ bölgəsinə səfər bizim də planlarımızda var və bu istiqamətdə addımlar atmağa hazırıq”.

Qeyd edək ki, görüş zamanı tərəflər gələcək əməkdaşlıq imkanlarını da müzakirə ediblər.