BAKI, 18 noyabr. TELEQRAF

“İnter” Kristian Moskeranı transfer etmək üçün hərəkətə keçib

Teleqraf xəbər verir ki, Milan klubu “Arsenal”ın ispaniyalı müdafiəçisini uzunmüddətli transfer planına daxil edib.

22 yaşlı futbolçu ilə Türkiyənin “Fənərbağça”, Səudiyyə Ərəbistanının “Əl-Hilal” və “Əl-Nəsr” klubları da maraqlanır.

“İnter” Moskeranı müdafiə xəttini gücləndirmək üçün perspektivli namizəd hesab edir.

Qeyd edək ki, “Arsenal” Kristian Moskeranı 2025-ci ilin yayında “Valensiya”dan 15 milyon avroya transfer edib. İspaniya U-21 millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində 5 rəsmi matçda iştirak edib.