BAKI, 18 noyabr. TELEQRAF
2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatması öncəsi səbətlərin tərkibi müəyyənləşib.
Teleqraf xəbər verir ki, UEFA Millətlər Liqasının cari mövsümünün qrup mərhələsinin yekunlarına əsasən, Azərbaycan millisi ən aşağı reytinqli komandaların yer aldığı 5-ci səbətə düşüb.
Yığmamızla yanaşı, Malta, Litva, Andorra, Cəbəllütariq və Lixtenşteyn də bu səbətdə yer alıb.
Ümumilikdə, püşkatmada 54 milli komanda iştirak edəcək. İlk dörd səbətin hər birində 12, sonuncu səbətdə isə 6 komanda qərarlaşacaq.
AVRO-2028-in seçmə mərhələsinin püşkatma mərasimi dekabrın 6-da Şimali İrlandiyanın paytaxtı Belfastda keçiriləcək. “Football Meets Data”nın məlumatına görə, tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.