BAKI, 17 noyabr. TELEQRAF
İtaliyanın “İnter” klubunun baş məşqçisi Kristian Çivu A Seriyasında 2025/26 mövsümünün ən yaxşı məşqçisi seçilib.
Teleqraf xəbər verir ki, noyabrın 16-da keçirilən mərasimdə rumıniyalı mütəxəssis "Panchina d’Oro" (“Qızıl skamya”) mükafatına layiq görülüb.
Çivu bu mükafatı karyerasında ilk dəfə qazanıb. O, səsvermədə ikinci olan Sesk Fabreqası və üçüncü yeri tutan Can Pyero Qasperinini qabaqlayıb.
“Qızıl skamya” mükafatı İtaliya Futbol Federasiyasının (FIGC) Texniki Departamenti tərəfindən hər il ölkə çempionatlarında fərqlənən məşqçilərə təqdim olunur. Mükafatın qalibləri digər məşqçilərin səsverməsi ilə müəyyənləşir.
Mərasimdə B Seriyasının ən yaxşı məşqçisi “Frozinone”nin çalışdırıcısı Massimiliano Alvini, C Seriyasının ən yaxşı məşqçisi isə “Askoli”dən Françesko Tomei seçilib.
Qeyd edək ki, Çivunun rəhbərliyi altında “İnter” ötən mövsüm A Seriyasının və İtaliya Kubokunun qalibi olub