BAKI, 17 noyabr. TELEQRAF
“Mançester Yunayted”in 16 yaşlı hücumçusu JJ Qabriel karyerasını İspaniyanın “Real Madrid” klubunda davam etdirə bilər.
Teleqraf xəbər verir ki, bu barədə “El Chiringuito TV” telekanalı məlumat yayıb.
Madrid təmsilçisi gənc futbolçunun transferi üçün İngiltərənin “Mançester Yunayted” klubuna 360 min avro ödəyəcək. Qabriel İspaniya klubu ilə 3 illik müqavilə imzalayacaq.
Qaydalara əsasən, hücumçu yanvar ayına qədər “Real”ın ikinci komandası “Kastilya”nın heyətində çıxış edə bilməyəcək. Həmin vaxta qədər o, klubun gənclər komandasında oynayacaq.
Qeyd edək ki, İspaniya çempionatında 12 turdan sonra 30 xalı olan “Real” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.