BAKI, 17 noyabr. TELEQRAF

Azərbaycanın U-17 millisi Avropa çempionatının seçmə mərhələsində Litva ilə heç-heçə edib.

Teleqraf xəbər verir ki, Emin Mustafayevin baş məşqçisi olduğu komanda 2026/2027 mövsümündə Avropa çempionatının seçmə mərhələsinin I raundunda növbəti oyununa çıxıb.

Yığmamız Litvanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Millimizin heyətində Rəsul Balakişiyev 65-ci dəqiqədə fərqlənib.

Qeyd edək ki, U-17 daha əvvəl Şimali İrlandiyaya (0:4) və Almaniyaya (0:7) məğlub olub.