BAKI, 18 noyabr. TELEQRAF

Hesablama Palatası həyatın yığım sığortası mexanizminin təkmilləşdirilməsini və sosial sığorta kapitalından istifadə üçün alternativ imkanların yaradılmasını təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il üçün büdcə layihəsinə verdiyi rəydə qeyd edilib.

Palatadan bildirilib ki, həyatın yığım sığortasının əhatə dairəsinin genişlənməsinin hüquqi tənzimləmə ilə məhdudlaşdırılmasının fondun gəlir potensialının genişlənməsinə xidmət edir:

“Hesablama Palatası sosial sığorta kapitalından yararlanmağın alternativ imkanlarının hazırlanıb tətbiq edilməsinin məcburi dövlət sosial sığortaya cəlb olunan gəlirlərin əhatəsinin də genişlənməsinə xidmət edəcəyi qənaətindədir.

Hesablama Palatası sosial sığorta kapitalından istifadə üçün alternativ imkanların yaradılması məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin əhatəsin genişləndirə biləcəyi qənaətindədir".

Palata hesab edir ki, sığortaolunanlar üçün alternativ sığorta imkanlarının yaradılması Dövlət Sosial Müdafiə Fondunun gəlirlilik imkanlarının genişləndirilməsi və maliyyə dayanıqlılığının təmin olunmasına kömək edə bilər.