BAKI, 18 noyabr. TELEQRAF
Bakının Xətai rayonunda yerləşən Keşlə yağış kollektorunda tikinti, bərpa və yenidənqurma işləri yekunlaşmaq üzrədir.
Teleqraf xəbər verir ki, bu barədə İri Şəhərlərin Su Təchizatı məlumat yayıb.
Bildirilib ki, 8 Noyabr prospektindən keçən kollektorda aparılan işlər təsdiq olunmuş layihə sənədlərinə, müvafiq norma və qaydalara uyğun olaraq intensiv şəkildə davam etdirilir.
Layihənin məqsədi mövcud infrastrukturun texniki vəziyyətinin yaxşılaşdırılması, kollektorun istismar gücünün artırılması və ərazidə yağış sularının daha səmərəli idarə olunmasıdır.