BAKI, 18 noyabr. TELEQRAF
İngiltərə millisinin hücumçusu Harri Keyn UEFA Millətlər Liqasının 2026/2027 mövsümündə qrup mərhələsinin bombardiri kimi yadda qalıb.
Teleqraf xəbər verir ki, 32 yaşlı forvard 6 matçda 8 qol vurmaqla turnirin ən sərrast oyunçusu olub.
Bombardirlər cədvəlində 6 qolla beş futbolçu yer alıb.
Danimarkalı Rasmus Höylund, islandiyalı Andri Qudyonsen, isveçli Viktor Qyökereş, norveçli Erlinq Holann və irlandiyalı Troy Perrrott bu göstəriciyə imza atıblar.