BAKI, 18 noyabr. TELEQRAF

Ermənistan və Azərbaycan sülh gündəliyi çərçivəsində hər iki ölkənin ərazisindən keçən sərhədyanı çayların idarə olunması sahəsində əməkdaşlıq edəcək. Bu istiqamətdə işçi qruplarının formalaşdırılması nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

"Belə əməkdaşlıq ümumi ekoloji standartlara riayət edilməsini tələb edir",- N. Paşinyan qeyd edib.

O, Azərbaycanla sərhədyanı çayların istifadəsi və idarə olunması məsələsində İran və Türkiyə ilə mövcud olan oxşar əməkdaşlıq təcrübəsini nümunə göstərib.