BAKI, 18 noyabr. TELEQRAF

Bu ilin sonunadək Azərbaycan Respublikası Kino Agentliyinin ofisi "Azərbaycanfilm" kinostudiyasının binasına köçürüləcək.

Bunu Teleqraf-a müsahibəsində Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru Rəşad Əzizov deyib.

O bildirib ki, ötən ildən bu məqsəd qarşıya qoyulub: “Əgər oranı "KinoPark" etmək istəyiriksə, özümüz də ora köçməliyik. Artıq ərazidə abadlıq işləri aparılır, təmir işlərinin layihələndirilməsi həyata keçirilir”.