BAKI, 18 noyabr. TELEQRAF
UEFA Millətlər Liqasının qrup mərhələsində VI turun oyunları keçirilib.
Teleqraf xəbər verir ki, A və B liqalarında ümumilikdə 8 qarşılaşma baş tutub.
A Liqasında Portuqaliya səfərdə Uelsi 3:2 hesabı ilə məğlub edib. Danimarka isə öz meydanında Norveçə 2:3 hesabı ilə məğlub olub.
B Liqasında Ukrayna Gürcüstanı 1:0, İrlandiya Kosovonu 3:0, Bosniya və Herseqovina isə Rumıniyanı 2:1 hesabı ilə üstələyib.
Digər qarşılaşmalarda Macarıstan Şimali İrlandiya, İsrail Avstriya, Polşa isə İsveçlə heç-heçə edib.
17 noyabrda keçirilən oyunların nəticələri:
A Liqası – 4-cü qrup
Danimarka – Norveç 2:2
Uels – Portuqaliya 2:3
B Liqası – 2-ci qrup
Ukrayna – Gürcüstan 1:0
Macarıstan – Şimali İrlandiya 1:1
B Liqası – 3-cü qrup
İsrail – Avstriya 1:1
İrlandiya – Kosovo 3:0
B Liqası – 4-cü qrup
Bosniya və Herseqovina – Rumıniya 2:1
Polşa – İsveç 1:1