BAKI, 18 noyabr. TELEQRAF

Növbəti il İşsizlikdən Sığorta Fonduna qrantlar, ianələr və yardımlar, eləcə də bank kreditləri üzrə hər hansı daxilolma nəzərdə tutulmayıb.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun 2027-ci il büdcəsi ilə bağlı qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Fondun sair gəlirləri cərimə və maliyyə sanksiyalarından daxilolmalardan, əmək kitabçalarının realizəsindən, artıq ödənişlərin geri qaytarılmasından, “Dost İş Mərkəzi” MMC-dən haqqı ödənilən ictimai işlər üzrə ödənilən qalıq vəsaitdən və s. digər istiqamətlərdən proqnozlaşdırılıb.

Hesablama Palatasına təqdim olunan məlumatlara görə, Fondun gəlirlərinin əsas hissəsi sığorta vəsaitləri olmaqla iki mənbə üzrə nəzərdə tutulub.