BAKI, 18 noyabr. TELEQRAF

UEFA Millətlər Liqasının 2026/2027 mövsümündə pley-off mərhələsinə vəsiqə qazanan bütün komandalar müəyyənləşib.

Teleqraf xəbər verir ki, Norveç millisi 1/4 finala yüksələn sonuncu komanda olub.

Beləliklə, turnirin qalibi adı uğrunda Fransa, Belçika, Almaniya, Niderland, İngiltərə, İspaniya, Portuqaliya və Norveç yığmaları mübarizə aparacaq.

1/4 final mərhələsinin püşkatma mərasimi noyabrın 20-də keçiriləcək. Qarşılaşmalar 2027-ci ilin martında baş tutacaq.

Yarımfinal oyunları, üçüncü yer uğrunda görüş və final isə iyunda keçiriləcək.

Qeyd edək ki, UEFA Millətlər Liqası 2018/2019 mövsümündən təşkil olunur. Turnirin son qalibi Portuqaliya millisidir.