BAKI, 18 noyabr. TELEQRAF
Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 18-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb.
Bu barədə Teleqraf-a Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb.
Oktyabrın 30-da keçirilmiş Azərbaycan–Gürcüstan Hökumətlərarası Komissiyasının 11-ci iclasında razılaşdırılan məsələlərin icrası, həmçinin ikitərəfli əlaqələrin aktual istiqamətləri nəzərdən keçirilib. Ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.